Rusiya Ukraynaya 6,000 hərbçinin cəsədini təhvil verəcək
İstanbulda keçirilən danışıqlar zamanı Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski mühüm açıqlama ilə çıxış edib.
O bildirib ki, Rusiya tərəfi Ukrayna ilə əldə olunan razılaşma çərçivəsində 6,000 ukraynalı hərbçiyə aid cəsədlərin təhvil verilməsinə razılıq verib. Medinskinin sözlərinə görə, cəsədlərin Ukraynaya qaytarılması prosesi gələn həftə həyata keçiriləcək. Bu addım humanitar məqsəd daşıyır və münaqişə dövründə həyatını itirən hərbçilərin ailələrinə onların son istirahət yerinin müəyyən edilməsinə imkan verəcək. Razılaşmanın detalları barədə əlavə məlumat verilməsə də, bu qərarın iki ölkə arasında humanitar sahədə əməkdaşlığın davamı kimi qiymətləndirildiyi bildirilir. Tərəflər arasında gələcəkdə daha genişmiqyaslı dəyişdirmə proseslərinin də mümkün ola biləcəyi ehtimal edilir.
BBC News
Selcan Əhmədli