00:00:00
Yazar
Admin User
09.04.2025 15:00 168 1 dəq oxuma
Siyasət

Rusiya və ABŞ arasında İstanbul görüşü

Rusiya və ABŞ arasında İstanbul görüşü

Vaşinqton Rusiya və ABŞ nümayəndə heyətinin İstabulda görüş keçirəcəyini təsdiq edib. Görüşün aprel ayının 10-da keçiriləcəyi nəzərdə tutulur.

 

Mövzu ilə bağlı politoloq Fuad Abbasov "informator.az"a açıqlamasında bildirib ki, ABŞ və Rusiyanın İstanbulda keçiriləcək görüşü, əlbəttə ki, Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə əlaqədardır:

 

"Çox yaxşı bilirik ki, D.Tramp hakimiyyətə gəldikdən sonra 24 saat ərzində bu müharibənin bitirməsinə söz verib, amma belə bir fəaliyyət hələ ki, görünmür. İlk görüş 27 fevral tarixində İstanbulda keçirilib və bu birinci görüşdə istənilən nəticə əldə edilməyib. Əlbəttə, ikinci görüşdən də hər hansı bir nəticənin əldə edilməsi gözləmək düzgün olmaz, çünki Rusiya öz mövqelərini Ukraynada qoruyub-saxlamağa çalışır. Ukrayna da geri addım atmaq istəmir. ABŞ isə bu iki dövlət arasında vasitəçi rol oynayaraq müharibəni saxlamağa çalışmağına, baxmayaraq, belə bir fəaliyyətə müvəffəq olmur".

 

Beynəlxalq müstəvidə görüşün hansı əhəmiyyəti var?

 

"Görüşün beynəlxalq müstəvidə çox böyük əhəmiyyəti var. Çünki bütün dünya Ukrayna-Rusiya müharibəsinin təsiri altındadır. Bu müharibənin dayandırılması hansı tərəfin lehinə və ya əleyhinə olmasından asılı olaraq, yeni dünya düzəninə çox ciddi şəkildə təsir göstərəcək. İndidən hansı mövzuların müzakirə olunacağını və hansı nəticələrin əldə ediləcəyini söyləmək çox çətindir".

 

Billurə Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər