Rusiya və Azərbaycan arasında informasiya təhlükəsizliyi məsələləri müzakirə edilib
Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Azərbaycanın bu ölkədəki səfiri Rəhman Mustafayev ilə görüşüb.
"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Görüşdə Rusiya-Azərbaycan əməkdaşlığının müxtəlif sahələri, o cümlədən informasiya təhlükəsizliyi məsələləri müzakirə edilib.
Hər iki tərəf 22 fevral 2022-ci il tarixində ali səviyyədə imzalanan Müttəfiqlik qarşılıqlı fəliyyəti haqqında Bəyannamənin müddəaları əsasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.