00:00:00
Yazar
Admin User
20.06.2025 17:34 114 1 dəq oxuma
Dünya

Rusiya və İndoneziya ali təhsil sahəsində əməkdaşlıq sazişi imzalayıblar

Rusiya və İndoneziya ali təhsil sahəsində əməkdaşlıq sazişi imzalayıblar

Rusiya və İndoneziya ali təhsil sahəsində əməkdaşlığa dair qurumlararası saziş imzalayıblar. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Telegram kanalında məlumat verilib.

 

Nazirliyin məlumatına görə, sənəd Rusiya Prezidenti Vladimir Putin və İndoneziya Prezidenti Prabovo Subiantonun iştirakı ilə imzalanıb. Sazişə Rusiya tərəfdən elm və ali təhsil naziri Valeri Falkov, İndoneziya tərəfdən isə ali təhsil, elm və texnologiyalar naziri Brayan Yuliarto imza atıblar.

 

Saziş akademik mobilliyin inkişafını, universitetlərarası əlaqələrin genişləndirilməsini, eləcə də hər iki ölkənin ali təhsil müəssisələrində tələbələrin təhsili ilə bağlı məsələlərin tənzimlənməsini nəzərdə tutur.

 

Bundan əlavə, sənəd təhsil sahəsində ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi üçün möhkəm əsas yaradır.

 

İmzalanma mərasimi Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (PİEF) çərçivəsində baş tutub.

 

Anadolu Agency

Ayan Əsgərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər