00:00:00
Yazar
Admin User
10.11.2025 14:16 139 2 dəq oxuma
Siyasət

Rusiya və İran Xəzərlə bağlı razılığa gəlib

Rusiya və İran Xəzərlə bağlı razılığa gəlib

Rusiya və İran ilk birgə dəniz konsorsiumu yaratmaq barədə razılığa gəliblər.

 

Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında politoloq Telman Nüsretoğlu bildirib ki, bu məsələni bir neçə aspektdən dəyərləndirmək mümkündür:


“Rusiya İran ticarəti, yəni Rusiya hazırkı sanksiyalar şəraitində İranla ticarətini əsasən Xəzər dənizi üzərindən gəmilərlə həyata keçirməyə çalışır. İranla Rusiyanın yükdaşıma və ticarət potensialını yüksəltmək üçün hər iki ölkənin öz şəraitinə uyğun konsorsium yaratması təbii ki, ölkələrin öz aralarında həll edəcəyi bir məsələdir. Amma unutmamaq lazımdır ki, İran hələ də Xəzərin statusu ilə bağlı olan Konvensiyanı öz parlamentində təsdiq etməyib. İran, görünür ki, Xəzərin “göl statusu” alması ilə bağlı köhnə mövqeyindən tam geri çəkilməyib. Lakin həm İran, həm də Rusiya ətrafında yaranan Qərbin təzyiqləri bu mənada hər iki ölkəni ticarət və mal mübadiləsi nöqtəsində əməkdaşlığa sövq edir. Amma unutmamaq lazımdır ki, Xəzəryanı regionda təkcə bu iki ölkə deyil, daha üç ölkə də mövcuddur və Azərbaycan Xəzərin ən böyük ticarət limanına sahib olan ölkələrdən biridir. Azərbaycanda hava və gəmi ilə də yükdaşıma prosesi həyata keçirilir və bağlantısallıq baxımından hava, dəniz, quru və dəmir yollarını da nəzərə alsaq, Azərbaycan İpək Yolunun strateji dönəmində nəqliyyat qovşağı rolunu oynaya bilən bir ölkədir. Ölkələr və regionlararası ticarət münasibətlərində də Azərbaycan önəmli rol oynayır. İstər Türk Dövlətləri Təşkilatı çərçivəsində, istərsə də ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan Qazaxıstan və Türkmənistanla əlaqələrini inkişaf etdirmək, Xəzər ticarət dəhlizi və Orta Dəhlizi genişləndirmək, yükdaşıma qabiliyyətini artırmaq siyasəti yürüdür. Bu, çox önəmli nüansdır. Təbii ki, ölkələr öz aralarında əməkdaşlıq apararkən digər ölkələrin də ticarət maraqlarını və suverenliyini nəzərə almalıdırlar. Əgər burada əməkdaşlıq sadəcə ticari maraqlardan daha çox geosiyasi həmlə kimi ön plana çıxmağa başlayırsa və bunun başqa çalarları mövcuddursa, buna qarşı müəyyən reflekslərin olması da təbiidir. Azərbaycan Xəzərin ən önəmli ölkəsidir. Hazırkı ticari, iqtisadi və hərbi yüksəlişini nəzərə alsaq, Xəzəryanı ölkələr kontekstində Azərbaycanın ticarət iqtisadi əhəmiyyəti getdikcə artır. Amma İran və Rusiya hazırkı sanksiyalar şəraitində ticarətlərini artırmaq məcburiyyətindədirlər. Bunu da belə qəbul etmək olar”.

 

Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər