Rusiya və Qazaxıstan nadir metallar üzrə əməkdaşlıq sazişi imzalayıb
Rusiya və Qazaxıstan nadir metalların hasilatı və emalı sahəsində əməkdaşlıqla bağlı razılığa gəliblər. Yeni razılaşma iki ölkə arasında strateji sənaye tərəfdaşlığının gücləndirilməsini, texnologiya mübadiləsini və birgə layihələrin reallaşdırılmasını nəzərdə tutur. Tərəflər bildiriblər ki, bu əməkdaşlıq regional sənaye inteqrasiyasına töhfə verəcək və həm enerji, həm də müdafiə sənayesində istifadə olunan nadir metalların dayanıqlı təchizatını təmin edəcək.
Bu mövzu ilə bağlı siyasi şərhçi Əli Orucov “İnformator.az”a bildirib ki, Qazaxıstan həm yanacaq, həm də xammal kimi bir çox faydalı qazıntıların zəngin ehtiyatlarına malikdir:
“Qazaxıstan dünyada ikinci ən böyük uran, xrom, qurğuşun və sink ehtiyatlarına malikdir; manqan ehtiyatlarına görə üçüncüdür; mis ehtiyatlarına görə beşinci yeri; və kömür, dəmir və qızıl ehtiyatlarına görə ilk onluğa daxildir. O, həm də almaz ixtiracısıdır. İqtisadi inkişafına görə, ölkə təsdiqlənmiş neft və təbii qaz ehtiyatlarına görə 11-ci yerdədir. Neft, təbii qaz və faydalı qazıntıların hasilatının inkişafı 1993-cü ildən bəri Qazaxıstana 40 milyard dollardan çox xarici investisiyanın əsas hissəsini cəlb edib və ölkənin sənaye məhsulunun təxminən 57%-ni (və ya ümumi daxili məhsulun təxminən 13%-ni) təşkil edir. Ümumilikdə Qazaxıstanda 2,7 milyard tondan çox neft ehtiyatı olan 160 yataq kəşf edilib. Lakin indiki hesablamalara görə, Xəzər sahilindəki yataqlar daha böyük yatağın yalnız kiçik bir hissəsini təşkil edir. Bu bölgədə 3,5 milyard ton neft və 2,5 milyard kubmetr qaz tapmaq olar. Qazaxıstanın ümumi təxmini neft ehtiyatları 6,1 milyard tondur. Göründüyü kimi, Qazaxıstan sıradan bir ölkə deyil, öz təbii zəngin resursları ilə cəlbedici ölkəyə, böyük güclərin rəqabət məkanına çevrilib. Çin və Rusiya kimi dünya nəhəgləri və avtoritar rejimlərlə qonşu olmaq Astana üçün həm avantaj, həm də başağrısıdır. Çünki balanslı siyasət aparmaq elə də asan deyil. Xüsusən də son dövrlər Avropa İttifaqının və Birləşmiş Ştatların bölgəyə, o cümlədən də Qazaxıstana marağının arması prezident Tokayevin qayğılarını bir qədər də artırıb. Astana təcavüzkar qonşuları Çin və Rusiyanın iqtisadi və siyasi ekspansiyasından çıxmaq yönündə səylərini artırmaqdadır. Ancaq iqtisadi, regional, və coğrafi amillər bu prosesi bir qədər çətinləşdirir. Qazaxıstandakı etnik tərkibdə rusların 15% təşkil etməsi xüsusən də şimal əyalətlərindən kompakt halda yaşamaları Moskvanın əlində təzyiq üçün tutarlı alət hesab olunur. Moskvaya səfərdən öncə prezident Tokayevin ABŞ-də səfərdə olmuş Ağ Evdə Prezident Trampla görüşərək bir sıra məsələlərdə anlaşmalara imza atılıb. Birləşmiş Ştatlar da Qazaxıstandakı nadir metallara və mineral torpaqlara diqqət göstərir. Xüsusən də atom enerjisi xammal olan Rusiyadan uran asılığınadan xilas olmaq istəyir. Vaşiqtonun ardınca dərhal Rusiya Prezidenti Putinlə Tokayevin görüşü təkcə iqtisadi, ticari məsələlər və bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsi deyil, təhlükəsizlik və Moskvanın maraqlarının bundan sonra da təminini özündə ehtiva edib. Görünən odur ki, Tokayev öz hərbi-siyasi müttəfiqini qıcıqlandıra biləcək addımlardan maksimum qaçmağa çalışır. Kremli etibarlə müttəfiq və tərəfdaş olduğuna əmin etmək və inandırmaq istəyir. Son dövrlər Tokayevin çoxvektorlu xarici siyasəti xüsusilə diqqət şəkir və hələ ki bu siyasət uğur gətirir”.
Cavahir Əsgərbəyli