00:00:00
Yazar
Admin User
16.05.2025 17:52 160 1 dəq oxuma
Dünya

Rusiya və Ukrayna arasında məhbus mübadiləsi razılaşması

Rusiya və Ukrayna arasında məhbus mübadiləsi razılaşması

İstanbul sülh danışıqlarından sonra danışan Ukrayna müdafiə naziri Rustem Umerov deyib:

“1000 nəfərin 1000 nəfərə dəyişdirilməsi ilə bağlı razılığa gəldik”.

 

Rusiya, "İstanbuldan alınan nəticələrdən məmnunuq" ifadəsini işlədib.


Ukraynanın müdafiə naziri Rustem Umerov Rusiya və Ukraynanın hər tərəfdən 1000 əsgərin azad edilməsini nəzərdə tutan əsir mübadiləsi haqqında razılığa gəldiyini açıqlayıb. Rusiya nümayəndə heyəti də məhbus mübadiləsini təsdiqləyib. Mübadilə baş tutsa, bu, müharibənin əvvəlindən bəri ən böyük məhbus mübadiləsi olacaq. 


Nümayəndə heyətlərinin Ukrayna Prezidenti Vladimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasındakı görüşləri da müzakirə etdiyini deyən Umerov İstanbulda keçirilən danışıqlarda atəşkəs məsələsinin də müzakirə edildiyini bildirib.



Mənbə: Haber Global
Əminə Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər