00:00:00
Yazar
Admin User
23.05.2025 12:53 195 1 dəq oxuma
Dünya

Rusiya və Ukrayna arasında əsir mübadiləsi başlayıb

Rusiya və Ukrayna arasında əsir mübadiləsi başlayıb

Hazırda Ukrayna və Belarus sərhədində “1000-nin 1000-ə” prinsipi əsasında ən böyük əsir mübadiləsi aparılır.

 

“İnformator.az” xəbər verir ki, bu barədə Rusiyanın “Mash” Teleqram kanalı məlumat yayıb.

 

Məlumata görə, Rusiya müharibənin üç ili ərzində əsir düşən bütün hərbçilərini geri qaytarır:


“Ukrayna isə əsir düşən hərbçilərinin sadəcə 10%-dən bir qədər azını geri qaytarır. Hazırda Ukraynada əsirlikdə olan Rusiya Qüvvələrinin 1300-ə yaxın hərbçisi var. Rusiya əsirliyində isə 10 minə yaxın ukraynalı var”.


Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında genişmiqyaslı əsir mübadiləsinə dair razılığın əldə olunduğunu yazıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər