00:00:00
Yazar
Admin User
14.10.2025 05:02 109 1 dəq oxuma
Dünya

Rusiya Xarkovdakı xəstəxananı bombalayıb

Rusiya Xarkovdakı xəstəxananı bombalayıb

Rusiya ordusunun Ukraynanın Xarkov şəhərindəki xəstəxanaya endirdiyi aviazərbələr nəticəsində azı 6 nəfər yaralanıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə yerli "Suspilne Kharkiv" qəzeti məlumat yayıb.

 

Bildirilib ki, Rusiya Silahlı Qüvvələri şəhərə üç idarə olunan bomba atıb, onlardan biri tibb müəssisəsinin yaxınlığındakı yardımçı binaya düşüb.

 

Yüzdən çox xəstənin yerləşdiyi xəstəxananın pəncərələri və qapıları uçub, ən azı altı nəfər qəlpələrdən yaralanıb.

 

"Birmərtəbəli qaraj qismən dağılıb, üçmərtəbəli tibb müəssisəsinə və avtomobillərə ziyan dəyib. İki yanğın hadisəsi baş verib", - Fövqəladə Hallar Dövlət Xidmətinin məlumatında deyilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər