Rusiya XİN
Rusiya və Azərbaycan iyun ayında Bakıda saxlanılan Rusiya vətəndaşlarının vəziyyətinə dair danışıqlar aparır.
"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Diplomat deyib ki, Rusiya sözügedən məsələ ilə bağlı Azərbaycanla dialoqu davam etdirmək niyyətindədir:
"Məqsəd saxlanılan Rusiya vətəndaşlarının tezliklə azad olunması və vətənə qaytarılmasıdır. Bu istiqamətdə atılan mühüm addımlardan biri "Sputnik Azərbaycan"ın icraçı direktoru İqor Kartavıx barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsidir".