Rusiya XİN beynəlxalq terrorizmlə tamamilə məhv edilənə qədər mübarizə aparacağına söz verib
Rusiya həmfikirləri ilə birlikdə beynəlxalq terrorizmin kökünü tamamilə kəsənə qədər ona qarşı mübarizə aparacaq. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Gennadi Askaldoviçin diplomatik departamentin saytında dərc olunmuş şərhində deyilir .
Onun fikrincə, terroru kökündən kəsmək lazımdır.
Son məlumatlara görə , Dağıstanda 20 nəfər terror aktlarının qurbanı olub. Daha yeddi zərərçəkənin vəziyyəti ağır qiymətləndirilir.
