00:00:00
Yazar
Admin User
20.06.2025 13:12 114 1 dəq oxuma
Dünya

“Rusiya Yaxın Şərq münaqişəsinin sülh yolu ilə həllinə ümid edir”

“Rusiya Yaxın Şərq münaqişəsinin sülh yolu ilə həllinə ümid edir”

 

“Rusiya Yaxın Şərqdə münaqişənin diplomatik yolla həllinə üstünlük verir və regionda gərginliyin artmasını pisləyir”.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Diplomatik səylər üçün hər zaman imkan var”, – deyə o vurğulayıb. 

Peskov əlavə edib ki, Rusiya Xarici İşlər Nazirliyi bölgədə zorakılığı qınayıb və tərəfləri siyasi həll yoluna çağırıb.

Xatırladaq ki, iyunun 13-də İsrail İranın nüvə obyektlərinə qarşı “Rising Lion” əməliyyatına başlayıb. İran 24 saat ərzində cavab verib. Sonrakı günlərdə hər iki tərəf qarşılıqlı zərbələr endirib.

 

Qeyd edək ki, Rusiya İsrailin hücumlarını qınayıb və münaqişədə vasitəçi olmağa hazır olduğunu açıqlayıb.

 

TASS

Fatimə Şahverdiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər