00:00:00
Yazar
Admin User
12.12.2025 18:58 139 3 dəq oxuma
Siyasət

Rusiyada anti-Azərbaycan siyasəti güclənir

Rusiyada anti-Azərbaycan siyasəti güclənir

Rusiyada Azərbaycan diasporuna qarşı təzyiqlər davam edir. Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri, Rusiya vətəndaşı Şahin Şıxlinskiyə yekun ittiham elan olunub və cinayət işi məhkəməyə göndərilib. Məlumata görə, iş üzrə istintaqı aparan əsas müstəntiqin Rusiya İstintaq Komitəsinin mühüm işlər üzrə erməni əsilli əməkdaşı Karapetyan A.S. olması narazılığa səbəb olub. Şıxlinskiyə qarşı ifadə verən digər əməkdaşın da erməni əsilli olduğu bildirilir.

 

Hadisələr Azərbaycan–Rusiya münasibətlərində gərginliyin artdığı dövrdə baş verir. Xatırladaq ki, 2024-cü ilin dekabrında AZAL-a məxsus mülki təyyarənin Rusiya səmasında vurulması iki ölkə arasında münasibətləri xeyli kəskinləşdirib. Rusiya tərəfinin məsul şəxsləri hələ də cəzalandırmaması rəsmi Bakıda narazılıq doğurur. 2025-ci ilin iyununda Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyat zamanı iki soydaşımızın həyatını itirməsi, daha sonra isə diaspor rəhbərlərinə qarşı ardıcıl həbslər Rusiyada azərbaycanlılara yönələn təzyiqlərin sistemli xarakter daşıdığını göstərir. Son illər bir neçə diaspor rəhbərinin və fəalının həbs edilməsi və ya Rusiya vətəndaşlığından məhrum olunması da bu tendensiyanı gücləndirib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, Ukrayna müharibəsi kontekstində bu gün baş verən bəzi proseslər, əslində, artıq müharibə sonrası dövrün ilk addımı kimi qiymətləndirilir:

 

"Bəzi müşahidəçilər bu vəziyyəti hətta istehzalı şəkildə “post-müharibə mərhələsinin başlanğıcı” kimi də xarakterizə edirlər. Rusiya, xüsusilə ABŞ-nin təzyiqləri və təsiri ilə Ukraynada üstünlük qazanacağına inanaraq, artıq regionda Orta Asiyada və Cənubi Qafqazda mövqelərini bərkitmək istiqamətində planlar qurur. Bu isə bəzi hallarda güc tətbiqi ilə müşayiət olunur. Bu tendensiyaların ilkin əlamətləri artıq görünməkdədir. Hərçənd ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələdə, o cümlədən beynəlxalq hüquqa əsaslanan addımların atılmasında Rusiyanın reaksiyası ləng və qeyri-adekvat olub. Bu gecikmələrin bir çox səbəbi var, lakin yaxınlarda keçiriləcək şənbə görüşündən sonra vəziyyətdə dönüş olacağına ümid edənlər az deyil.Rusiya eyni zamanda daxildə və xaricdə bir sıra fundamental suallara cavab vermək məcburiyyətindədir. Azərbaycana qarşı müxtəlif kanallarla, o cümlədən, informasiya müharibəsi, diaspora təzyiqləri və s. vasitəsilə artan basqılar müşahidə olunur. Rusiyada yaşayan azərbaycanlıların vəziyyəti də bu fonda daha riskli hala gəlib. Xüsusilə Qafqaz mənşəli şəxslərə qarşı sərt münasibət formalaşıb və bu, dövlət səviyyəsində bəzi siyasətlərlə müşayiət olunur.

 

Bunun fonunda Hindistanın baş naziri ilə Rusiya arasında razılaşdırılan miqrant əməkdaşlığı çərçivəsində 40-70 min hindistanlının Rusiyaya gətirilməsi planı ölkə daxilində sosial və siyasi gərginliyi daha da artıracaq. Belə bir şəraitdə rusiyalı azərbaycanlıların vəziyyəti çətinləşir, eyni zamanda təxribatçı fəaliyyətlərdə xidmət orqanlarına yaxın bəzi Azərbaycan əsilli şəxslərin də iştirakı narahatedici hal kimi qiymətləndirilir. Təəssüf ki, bu insanlar Rusiyada Azərbaycan əleyhinə fəaliyyətlərdə yer alırlar. Proseslərin yaxın gələcəkdə daha da genişlənməsi ehtimalı real görünür".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər