Rusiyada bu neft emalı zavodu ikinci dəfə vurulub
Rusiyanın Nijeqorod vilayətinin Kstovo şəhərində “Lukoyl-Nijeqorodnefteorqsintez” neft emalı zavoduna PUA hücumu edilib.
"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində zavodun AVT-6 ilkin neft emalı qurğusu zədələnib və yanğın baş verib.
Qeyd edək ki, “Lukoyl-Nijeqorodnefteorqsintez” neft emalı zavodu ildə 17 milyon ton neft emal edir və Moskva regionunun yanacaqla təmin olunmasında əhəmiyyətli rol oynayır.
Müəssisəyə bu ilin aprel ayında da PUA hücumu olmuşdu.