Rusiyada bəzi bölgələrdə kriptovalyuta mədənçiliyi qadağan ediləcək
Rusiyanın Energetika naziri Sergey Tsivilev, həddindən artıq elektrik enerjisi istehlakı səbəbilə ölkənin daha iki bölgəsində kriptovalyuta mədənçiliyinin qadağan ediləcəyini açıqlayıb.
Moskva şəhərində hökumət nümayəndələri ilə keçirdiyi iclasda çıxış edən Tsivilev, ölkədəki kriptovalyuta mədənçiliyi ilə bağlı danışıb. O, Sibiryanın cənub bölgələrində elektrik çatışmazlığının yaşandığını qeyd edərək, bu səbəblə İrkutsk vilayətində kriptovalyuta mədənçiliyinin artıq qadağan edildiyini və əldə olunan nəticələrə əsasən bu məhdudiyyətlərin 2031-ci ilə qədər uzadılmasına qərar verildiyini bildirib.
Tsivilev əlavə edib:
Bundan əlavə Buryatiya və Trans-Baykal bölgələrində də bu qadağa tətbiq olunacaq".
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin 2024-cü ilin avqust ayında kriptovalyuta mədənçiliyinin qanuniləşdirilməsini təsdiqləyib. Bu çərçivədə, Rusiya hökumətinin müəyyən etdiyi şəxs və şirkətlər, təyin olunmuş enerji istehlakı limitlərini aşmamaq şərti ilə kriptovalyuta mədənçiliyi ilə məşğul ola bilirlər.
TRT HABER
Billurə Quliyeva