00:00:00
Yazar
Admin User
23.06.2025 08:14 78 1 dəq oxuma
Dünya

Rusiyada Ermənistana brilyant daşıyan ermənilər tutulub

Rusiyada Ermənistana brilyant daşıyan ermənilər tutulub

Rusiya təhlükəsizlik qüvvələri “Alros” almaz hasilatı şirkətinə məxsus brilyantları qaçaqmalçılıq yolu ilə Ermənistana keçirməyə çalışan dəstəni saxlayıb.

"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmisi Svetlana Petrenko məlumat yayıb.

“İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər 2024-cü ilin sentyabrından 2025-ci ilin yanvarınadək qaçaqmalçılıq yolu ilə Ermənistan ərazisinə keçirmək məqsədilə “Alros” mədən şirkətindən yüksək keyfiyyətli kobud almazları sistemli şəkildə oğurlayıblar. Dəyəri 1,7 milyon rubldan çox olan brilyantları oğurlayan şirkətin əməkdaşı Valentina Matyuşenkova, vasitəçi kimi fəaliyyət göstərən oğlu Aleksey Matyuşenkov, habelə Armen Petrosyan və Arman Saakyan saxlanılıb”, - Petrenko bildirib.

 

Onun sözlərinə görə, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər