00:00:00
Yazar
Admin User
09.12.2025 17:02 96 1 dəq oxuma
Dünya

Rusiyada hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb

Rusiyada hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb

Rusiyanın İvanovo bölgəsində “An-22” tipli hərbi nəqliyyat təyyarəsinin düşdüyü bildirilib.

 

Rusiya Müdafiə Nazirliyinin açıqlamasında belə deyilir:

 

“İvanovo bölgəsində “An-22” tipli hərbi nəqliyyat təyyarəsi təmirdən sonra sınaq uçuşu zamanı insan yaşamayan bir əraziyə düşüb”.

 

Açıqlamada hadisə yerinə axtarış-xilasetmə qruplarının göndərildiyi, təyyarədəki heyətin taleyinin isə hələlik məlum olmadığı bildirilib.

 

Həmçinin təyyarənin qəzaya uğrama səbəbinin araşdırılacağı qeyd olunub.

 

Rusiya mətbuatında təyyarədə 7 nəfərin olduğu bildirilir.


TRT XƏBƏR
Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər