Rusiyada miqrant uşaqların məktəblərə qəbulunda ciddi məhdudiyyətlər
Rosobrnadzor-un (Rusiya Təhsil və Elm Nəzarəti Agentliyi) açıqladığı məlumata görə, apreldən avqusta qədər Rusiyada 23,616 xarici vətəndaş uşaq məktəblərə qəbul üçün ərizə verib, amma onların 87-ə qədər faizi məktəbə qeydiyyat prosesini başa vura bilməyib.
Mövzu ilə bağlı siyasi şərhçi Asif Nərimanlı “İnformator.az”a bildirib ki, Rusiyada miqrasiya siyasətinin sərtləşməsinin səbəbi yalnızca Ukrayna ilə müharibə ilə bağlı deyil:
“Bəllidir ki, miqrantlara qarşı olan müxtəlif məhdudiyyətlərin aktual səbəbi Ukrayna müharibəsinə onların cəlb edilməsi kimi görsənir. Qeyri-rus əsilli vətəndaşlar qarşısında Ukrayna müharibəsində hərbi qeydiyyatdan keçmə tələbi irəli sürülür. Amma mənim fikrimcə bu proses yalnız bu müharibədən qaynaqlanmır. Ümumiyyətlə, Rusiyada son dövrlər demokratik vəziyyətlə bağlı rus əsilli insanların azalmasını nümunə çəkmək olar. Bu Rusiyada demokratik vəziyyəti dəyişmə risklərini yaradır. Digər səbəb kimi biz Rusiyanın şovinist siyasətin ön plana çıxmasını qiymətləndirə bilərik. Onlar şovinizm siyasəti həyata keçirməklə çalışırlar ki, öz ideoloji üstünlüklərini qoruyub saxlaya bilsinlər. Təhsil ilə bağlı məsələyə gəldikdə isə miqrantların övladlarının təhsil hüququnun çətinləşdirilməsi onların Rusiyanı tərk etməyinə gətirib çıxardır. Bu hal baş verdikdə isə hesab etmirəm ki, insan haqlarının reaksiyası Rusiyanın mövqeyini dəyişdirə bilsin. Rusiyanın miqrantlara qarşı sərt siyasətinin yumşalması gözlənilən hal deyil”.
Fatimə Hüseynli