Rusiyada prezident seçkiləri gələn il martın 17-si keçirilə bilər
Rusiya Federasiya Şurası prezident seçkisinin tarixini dekabrın 13-də açıqlaya bilər.
İnformator.az xəbər verir ki, bu barədə Rusiyanın rəsmi mediası mənbələrinə istinadən məlumat yayıb.
Bununla belə bildirilib ki, seçkinin gələn il martın 17-də keçirilməsi ehtimal olunur. Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, Vladimir Putinin növbəti dəfə prezidentliyə namizədliyini irəli sürməsi ilə bağlı qərar yoxdur.
O, Putinin seçki dairələrinin nümayəndələri ilə görüşünün noyabrın 15-də keçiriləcəyini də söyləyib. Qeyd edək ki, 2020-ci ildə iyulunda ölkə konstitusiyasına edilən dəyişikliklərlə bağlı keçirilən ümumxalqsəsverməsi-referendumun nəticələrinə görə, Rusiyada prezidentlik müddəti 4 ildən 6 ilə qaldırılıb.
Eyni zamanda, hazırkı Prezident Vladimir Putinin əvvəlki prezidentlik müddəti sıfırlanıb. Bu isə Putinə növbəti dəfə dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürməyə imkan verir.
GÜLNAR
