Rusiyadan ABŞ-yə
ABŞ-ni Venesuela Prezidenti Nikolas Maduronu azad etməyə çağırırıq.
"İnformator.az" xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının iclasında deyib. O bildirib ki, ABŞ-nin Venesuelada etdiklərinə heç cür haqq qazandırmaq mümkün deyil.
Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelanın paytaxtı Karakasa zərbələr endirib. Xüsusi təyinatlı qüvvələr isə ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-yə aparıb.
