00:00:00
Yazar
Admin User
26.08.2025 16:44 125 1 dəq oxuma
Dünya

Rusiyadan Google və Wikipedia’ya 13 milyon rubl cərimə

Rusiyadan Google və Wikipedia’ya 13 milyon rubl cərimə

Rusiyada Google və Wikipedia’ya, qadağan olunmuş bəzi məzmunlara girişə mane olmadıqları üçün ümumilikdə 13 milyon rubl (təxminən 162 min dollar) cərimə tətbiq edilib.


Google və Wikipedia əleyhinə açılan məhkəmə işləri paytaxt Moskvada görülüb.
Məhkəmə sözügedən platformalarda müxtəlif qadağan olunmuş məzmuna girişin məhdudlaşdırılmadığı və qanunlara əməl edilmədiyi qənaətinə gəlib, nəticədə Google-a 7 milyon rubl, Wikipedia-ya isə 6 milyon rubl cərimə tətbiq olunmasına qərar verib.


Ölkədə sözügedən şirkətlərdən əlavə Apple, Twitch və Facebook kimi müxtəlif xarici platformalara da əvvəllər oxşar səbəblərdən pul cərimələri tətbiq olunub. Qanunlara əməl etmədiklərinə görə Instagram, X, YouTube və Facebook kimi platformalara da giriş məhdudiyyəti qoyulub.


TRT XƏBƏR
Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər