00:00:00
Yazar
Admin User
15.10.2025 19:00 108 1 dəq oxuma
Dünya

Rusiyadan rekord miqdarda qaz alacağıq

Rusiyadan rekord miqdarda qaz alacağıq

Rusiya 2025-ci ildə Macarıstana 6 milyard kubmetr qaz tədarük edib və ilin sonuna qədər yeni rekorda imza atılacaq.

 

"İnformator.az" xəbər verir ki, bunu Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto bildirib.

 

"Bu il Rusiya təbii qazının Macarıstana tədarükü növbəti dəfə rekord qırıb. İndi bu rəqəm 6 milyard kubmetri keçib, bu, sutkada 21 milyon kubmetrdən artıqdır", - nazir söyləyib.

 

O vurğulayıb ki, qaz tədarükü Macarıstanın enerji təhlükəsizliyi üçün kritik əhəmiyyətə malikdir və qaz kəsilərsə, ölkənin infrastrukturu kəsiri doldura bilməyəcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər