00:00:00
Yazar
Admin User
26.05.2025 17:54 153 2 dəq oxuma
Dünya

Rusiyadan Türkiyəyə danışıqlara görə təşəkkür

Rusiyadan Türkiyəyə danışıqlara görə təşəkkür

Kreml sözçüsü Dmitri Peskov, Rusiya ilə Ukrayna arasında İstanbulda keçirilən danışıqlara verdiyi töhfəyə görə Türkiyəyə minnətdar olduqlarını bildirib.

 

Peskov paytaxt Moskvada jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb.

Türkiyənin Ukrayna böhranındakı vasitəçilik rolunu dəyərləndirən Peskov, Rusiya ilə Ukrayna arasında 16 mayda İstanbulda keçirilən danışıqları xatırladaraq, “Türkiyəyə İstanbul danışıqları üçün yaratdığı ideal şəraitə görə minnətdarıq”, – deyə bildirib.

 

Peskov, Xarici işlər naziri Hakan Fidanın Rusiyaya səfəri çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşəcəyini və Rusiya Prezidenti Vladimir Putin tərəfindən qəbul olunacağını qeyd edib. O, bu görüşlərdə Ukrayna böhranının müzakirə olunacağını bildirib.

 

“İstanbulda əldə olunan razılaşmaların icrasını davam etdirəcəyik”

 

Dmitri Peskov, Ukrayna ilə yeni danışıqlar raundunun nə vaxt və harada keçiriləcəyinin hələ bəlli olmadığını, lakin bunun üçün hazırlıqların aparılmalı olduğunu bildirib.

 

O, İstanbul danışıqlarında əldə edilən razılaşmaların icrasının davam etdiriləcəyini vurğulayıb. Peskov, sülh sazişinə dair memorandum üzərində işlərin davam etdiyini, lakin layihənin hələ Ukrayna tərəfinə təqdim edilmədiyini də qeyd edib.

 

Ukrayna ordusunun son günlərdə Rusiyaya pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücum cəhdlərinə toxunan Peskov, “Bu cəhdlər davam edir. Biz buna qarşı tədbirlər görməyə məcburuq. Prezident Putin Rusiyanın təhlükəsizliyini təmin etmək üçün zəruri addımlar atır”, – deyə bildirib.

 

Peskov əlavə edib ki, Rusiya ordusunun son günlərdə Ukraynadakı hərbi obyektlərə qarşı həyata keçirdiyi hücumlar, Kiyevin PUA hücumlarına cavab xarakteri daşıyır.

 

 

Haber Global 

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər