00:00:00
Yazar
Admin User
30.07.2025 16:26 165 2 dəq oxuma
Siyasət

Rusiyadan Ukrayna ilə bağlı qərar

Rusiyadan Ukrayna ilə bağlı qərar

 

Rusiya avqustun 1-dən daha öncə Ukrayna ilə razılaşma əsasında fəaliyyət göstərən 20 nəzarət-buraxılış məntəqəsinin rəsmi olaraq bağlanması barədə qərar verib. Bununla bağlı Rusiya Baş naziri Mixail Mişustin qərar imzalayıb.Qərara əsasən, siyahıya 13 avtomobil və 7 dəmir yolu keçid məntəqəsi daxil edilib.

 

Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, bu addım regional təhlükəsizlik və iqtisadi münasibətlər baxımından ciddi fəsadlar doğura bilər:

 

“Burada söhbət kiçik ölkələrdən yox, Ukrayna və Rusiya kimi böyük dövlətlərdən gedir. Onların arasında olan sərhədlər kifayət qədər geniş bir ərazini əhatə edir və həmin bölgə həm Şərq, həm də Şimal ticarət yollarının keçdiyi strateji bir ərazidir”.

 

Politoloq qeyd edib ki, bu marşrutlarla enerji axını, taxıl ticarəti və digər mühüm iqtisadi fəaliyyətlər həyata keçirilir:

 

“Tarixən də bu coğrafiya beynəlxalq ticarət yolları və dövlətlərarası münasibətlər baxımından xüsusi əhəmiyyət kəsb edib. Belə olan halda, baş verənlərin münasibətlərə təsirsiz qalacağını gözləmək düzgün olmazdı. Bu, ilk növbədə region ölkələrinə, həmçinin burada iqtisadi maraqları olan digər dövlətlərə ciddi təsir göstərəcək. Əslində, belə bir addımın atılmasının özü də məhz bu məqsədə xidmət edir. Rusiya bu qərarla Ukraynaya təzyiq göstərməyə çalışır və bu yanaşma artıq uzun illərdir davam edir. Xüsusilə müharibə dövründə bu cür alətlərdən istifadə etdiyi müşahidə olunub. Məqsəd isə beynəlxalq ictimaiyyəti Ukraynaya təzyiq etməyə sövq etməkdir ki, nəticədə müharibənin tezliklə bitməsinə nail olunsun. Ancaq bu cür addımların real təsirləri və fəsadları bir qədər sonra üzə çıxacaq.


Bunlar ilk növbədə iqtisadi və kommersiya sahələrində özünü göstərəcək. Məsələn, enerji və ya taxıl böhranı baş verə bilər və belə böhranların əvvəlki illərdə də şahidi olmuşuq. Həmin dövrlərdə atılan addımların bənzərinə bu dəfə də rast gələ bilərik.Moskva bu yolla həm region ölkələrinə, həm də beynəlxalq oyunçulara təzyiq göstərməyə çalışır. Əgər bu addımın fəsadlarının miqyası genişlənərsə, təzyiqin də daha da artması qaçılmaz olacaq”.

 

Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər