Rusiyadan Ukraynanın Zaporojye vilayətinə yeni zərbə
Ukrayna hakimiyyəti tərəfindən verilən məlumata görə, Su-35 təyyarələri Zaporojye vilayətinin şəhərlərinə hücum edib.
İnformator.az BBC Russian-a istinadən xəbər verir ki, çərşənbə axşamı səhər saatlarında Rusiya hərbçiləri Zaporojye vilayətində demarkasiya xəttinə irimiqyaslı zərbə endirdiyini regional hərbi administrasiyanın rəhbəri Yuri Malaşko açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiyanın Su-35 qırıcıları tərəfindən buraxılan iki idarə olunan raket Orexovo və Qulyaipolda yaşayış sektoruna düşüb, Stepnoqorsk isə Rusiya artilleriyası tərəfindən atəşə tutulub.
İlkin məlumata görə, xəsarət alan yoxdur.
Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak da şəhərlərə hücumlar barədə məlumat verib və Orexovoda dağılmış binaların görüntülərini yayıb.
Rusiya Müdafiə Nazirliyi gündəlik xülasəsində Zaporojye vilayətinə endirilən zərbələrlə bağlı şərh verməyib.
Fatima Mustafayeva
