00:00:00
Yazar
Admin User
02.03.2023 19:45 330 1 dəq oxuma
Yoxdur

Rusiyadan Ukraynaya qarşı daha bir təxribat

Rusiyadan Ukraynaya qarşı daha bir təxribat

Vladimir Putin Ukraynanı sərhəddəki rus kəndində “terror aktı”nda ittiham edib.

 

İNFORMATOR.AZ xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin cümə axşamı Ukrayna təxribat qrupunun Rusiya ilə sərhəd bölgəsinə daxil olduğunu və "terror aktı" ilə mülki insanlara atəş açdığını bildirib.

 

Bryansk vilayətinin qubernatoru bildirib ki, "Ukraynadan olan diversantlar" sərhəddə yerləşən Lyubeçane kəndində mülki avtomobili atəşə tutub, nəticədə iki nəfər ölüb, 10 yaşlı uşağı yaralanıb. Ukrayna Rusiyanın iddiasını qəti şəkildə rədd edib.

 

İddia edilən insident rəsmi şəkildə təsdiqlənməyib.

 

Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Mykhaylo Podolyak tvitter hesabında bunun “qəsdən təxribat” olduğunu bildirib . “Rusiya öz xalqını qorxutmaq istəyir ki, başqa ölkəyə hücuma haqq qazandırsın" - deyə Podolyak bildirib.

 

Lalə Padarova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər