00:00:00
Yazar
Admin User
15.05.2024 18:57 461 1 dəq oxuma
Dünya

Rusiyalı futbolçu dünyanın ən yaxşı köməkçisi olub

Rusiyalı futbolçu dünyanın ən yaxşı köməkçisi olub

Moskvanın “Lokomotiv” klubunun hücumçusu Maksim Qluşenkov 2023/2024 mövsümünün dünyanın ən yaxşı köməkçisi olub. Reytinq Transfermarkt saytında verilir.

 

24 yaşlı hücumçu 36 matçda 20 məhsuldar ötürmə edib. Statistikada qazanılan penaltilərlə yanaşı, ötürmələr də nəzərə alınır.

 

Belçika Birliyinin yarımmüdafiəçisi Kemeron Puertas 46 matçda 20 məhsuldar ötürmə ilə ikinci yerdədir. Üçüncü yerdə Almaniyanın “Bayer” klubunun yarımmüdafiəçisi Florian Virts (46 matçda 19 ötürmə) qərarlaşıb.

 

Qluşenkov 2023-cü ilin yanvarından “Lokomotiv”də çıxış edir. Onun dəmiryolçularla müqaviləsi 2026-cı ilin sonuna kimidir. Futbolçunun transfer dəyərinin 11 milyon avro olduğu bildirilir.

 

Mənbə: lenta.ru

Tərcümə etdi: Gülnisə Əfkari

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər