Rusiyalı investorlar Əfqanıstanın mədən sektoruna maraq göstərirlər
Əfqanıstanın mədən sənayesi beynəlxalq ictimaiyyətin diqqətini çəkməyə davam edir. Rusiyalı investorlar ölkənin zəngin mineral ehtiyatları fonunda yeni imkanları araşdırırlar.
Çərşənbə axşamı Əfqanıstanın Müvəqqəti Mədən və Neft Naziri Hidayətullah Badri Rusiya Parlamentində beynəlxalq əlaqələr üzrə keçmiş rəhbər və hazırda “Door Khan Extraction Company”nin başçısı olan Xan Serqi ilə görüşüb. Görüşdə Əfqanıstanın yaşıl daş (jade) mədənlərinə investisiya qoyuluşu məsələləri müzakirə olunub.
Serqi Əfqanıstanın yaxşılaşan investisiya mühitini yüksək qiymətləndirərək bildirib ki, hökumət uzunmüddətli xarici biznes üçün əlverişli şərait yaradıb. O deyib: “Əfqan hökuməti tərəfindən təmin edilən mühit davamlı investisiya üçün münasibdir”.
Nazir Badri rusiyalı investorların marağını alqışlayaraq, hökumətin milli mədən qanunvericiliyinə uyğun şəkildə xarici investisiyaların təşviqinə sadiq olduğunu vurğulayıb.
Bu inkişaf, Rusiyalı investorlarla Əfqanıstan şirkəti arasında böyük neft emalı zavodunun yaradılması üzrə imzalanmış 500 milyon dollarlıq müqavilədən sonra baş verir. Bu isə Moskvanın Kabillə artan iqtisadi əlaqələrinin göstəricisidir.
Əfqanıstan xarici investisiyalar hesabına öz iqtisadiyyatını canlandırmağa çalışdığı bir vaxtda mədən və enerji sektoru beynəlxalq marağın əsas istiqamətlərindən birinə çevrilib. Rusiya isə bu prosesdə getdikcə daha fəal rol oynayır.
ANEWZ
Gülhüseynova Güllər