00:00:00
Yazar
Admin User
28.10.2025 19:16 196 2 dəq oxuma
Siyasət

Rusiyanın 13 regionuna PUA hücumu edilib

Rusiyanın 13 regionuna PUA hücumu edilib

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 193 PUA vurub.

 

Mövzu ilə bağlı siyasi şərhçi Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi fonunda onsuz da Qərblə Rusiyanın münasibətləri getdikcə daha gərgin faciəyə qədəm qoyur:


“Belə ki, Avropa İttifqının Rusiyaya qarşı 19-cu paketi qəbul olunub və bu kifayət qədər ciddi bir paketdir. Bundan başqa qeyd etmək lazımdır ki, artıq masada Rusiyaya məxsus Avropada qiymətli kağızlar və yaxud böyük bir məbləğin Ukraynaya verilməsinə qədər məsələlərin müzakirəsidir. Bu günkü gün çalışırlar ki, Avropa İttifaqına daxil olan dövlətlər 163 milyar evronu Ukraynaya təqdim etsinlər. Ondan əvvəl bu gəlirlərdən gələn faizi onsuzda Ukraynaya veriblər və bunun hüquqi həllini tapmaq istəyirlər. Brüssel bunla əlaqəli müəyyən narazılığını bildirir, yəni pulun, vəsaitin çox hissəsi Brüsselin depozit banklarında yerləşdirilir. Ona görə də hüquqi müstəvidə bunu Brüssel tələb edir. Və yaxud gələcəkdə hər hansı bir ziyan olarsa bu pulun Avropa İttifaqına daxil olan dövlətlər arasında bərabər bölünməsini tələb edir. Ukrayna məxsus dronların Rusiya ərazisinin hələ xüsusilədə Rusiyanın Ukraynanın bu və digər böyük şəhərlərini atəşə tutması və bu atəş nəticəsində mülki vətandaşların qətlə yetirilməsi əlbəttə ki, həm Avropa İttifaqının həm beynəlxalq ictimaiyyətin, həm də ABŞ-nin xoşuna gəlməyib. ABŞ yaxınlarda Rusiyaya qarşı sanksiya paketi tətbiq edib. ABŞ senatı Rusiyanı dünən artıq terroristə yardım dövləti elan edib. Bu da ciddi ittihamdır. 4 belə dövlət var. 5-ci artıq Rusiya olacaqdır. Ukraynanın Rusiyanın və digər hərbi və neft bazalarını, dronlarını atəşə tutması, Avropa İttifaqının, NATO-ya daxil olan dövlətlərin və Ukraynaya Könüllülər Yardım ittifaqına daxil olan dövlətlərin Ukraynaya yardımı daha da intensiv hal alacaqdır. Yaxınlarda bildiyiniz kimi Ukrayna prezidenti Zelenskinin Böyük Britaniyaya səfəri olmuşdur. Səfər ərzində Ukraynaya Könüllülər Yardım ittifaqının üzvləri ilə görüşüb, həm Britaniya kralı, həm də ki, Britaniya baş naziri yüksək çərçivədə qəbul olunub. Hadisələr belə gərgin olaraq qalacaq və daha da gərginləşəcəkdir. O vaxta kimi ki, Rusiya atəşkəsə və yaxud Ukrayna sülhə, yaxud da 2 dövlət başçısının görüşünə razılıq veriləcəkdir. Bu vaxta kimi davam edəcəkdir”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər