Rusiyanın bu hava limanı bağlanıb- Səbəb
Rusiyanın Kaluqa hava limanında təyyarələrin qəbulu və yola salınmasına məhdudiyyətlər tətbiq edilib.
"İnformator.az" xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.
Məhdudiyyətlərin nə zaman aradan qaldırılacağı ilə bağlı heç bir məlumat verilməyib.
Məhdudiyyətin mümkün PUA hücumu təhlükəsi ilə bağlı tətbiq edildiyi bildirilir.
