Rusiyanın fikrincə, Britaniya qlobal münaqişəni qızışdırmağa çalışır
Rusiyanın Xarici Kəşfiyyat Xidməti (SVR) Britaniyanın Ukrayna böhranının həlli üçün Rusiya və ABŞ arasında dialoqa qarşı çıxdığını və qlobal münaqişəni qızışdırmağa çalışdığını iddia edib.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) verdiyi açıqlamada, İngiltərənin Ukrayna böhranı ilə bağlı hərəkətləri qiymətləndirilib. Açıqlamada Londonun ABŞ və Rusiya arasında dialoqa qarşı çıxdığı və bu bəyanatların yer aldığı bildirilib:
“Britaniya administrasiyası ABŞ və Rusiya arasında Ukrayna probleminin həlli ilə bağlı dialoqu öz maraqlarına təhlükə kimi qiymətləndirir. London bunun Moskvanın qarşısını almaq və Ukraynanı cilovlamaq strategiyasının uğursuz olacağından narahatdır. ABŞ Prezidenti Donald Trampın Rusiya ilə fövqəlgüc kimi dialoqu və müttəfiqlərini aşağılaması Londonu narahat edir”.
Açıqlamada Londonun ABŞ rəhbərliyinin Ukrayna ilə bağlı sülhsevər təşəbbüslərinin qarşısını almağa çalışdığı və bu səbəbdən də Trampa qarşı qarayaxma kampaniyasına başladığı iddia edilib.
Mənbə :TRT Haber
Kəmalə Vəliyeva