00:00:00
Yazar
Admin User
21.11.2025 16:34 75 2 dəq oxuma
Siyasət

“Rusiyanın hücumları son zamanlarda daha da intensivləşib”

“Rusiyanın hücumları son zamanlarda daha da intensivləşib”

Xarkov vilayətinin Kupyansk şəhəri hələ də Ukrayna ordusunun nəzarətindədir. “Şəhər və onun ətrafında şəhərə daxil olan işğalçıların təxribat-kəşfiyyat qruplarının axtarışı və məhv edilməsi üzrə əks-təxribat əməliyyatları və xüsusi əməliyyatlar davam edir”,- məlumatda qeyd olunub.

 

Mövzu ilə bağlı siyasi şərhçi Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, hazırda Ukraynanın şərqində Rusiyanın aktiv hücumları müşahidə olunur:

 

“Xarkov istiqamətində müəyyən dərəcədə kəşfiyyat qruplarının fəaliyyət göstərildiyi bildirilib. Bu müəyyən mənada Kupyanksın Ukraynanın nəzarətində olması hələdə Ukraynanın xeyrinə addım ola bilər. Ancaq nəzərə alaq ki, Rusiyanın hücumları son zamanlarda daha da intensivləşib. Rusiya ordusu Kupyansk şəhərini nəzarətə müəyyən mənada nəzarətə götürdüyü barəsində məlumatlar paylaşıb. Düzdür, rəsmi Kiyev bunu qəbul etmir. Ancaq müəyyən mənada Rusiya ordusu artıq şəhərə nəzarəti həyata keçirtdiyi barəsində məlumatlar dolaşır. Yəni bu əgər Kupyansk şəhəri düşərsə, bu Xarkovun gələcəyi üçün çox böyük təhlükə deməkdir. Xarkov şəhərinin özünün də düşməsi ehtimallarını artırır və Ukraynanın Donbasdakı vəziyyətini daha da çətinləşdirə bilər. Bu baxımdan Ukraynanın şərq istiqamətində aktiv şəkildə hazırda davam edən əməliyyat sistemi müəyyən mənada ciddi nəticələrə səbəb ola bilər. Xarkov istiqamətdə gedən döyüşlər və Kupyanksın Ukraynanın nəzarətində olması bura Rusiyanın hücumunun son zamanlarda əsasən Xarkov istiqamətdə intensivləşəcəyini göstərir. Maksimum şəkildə Rusiya çalışır ki, Xarkov cəbhəsində uğurlar qazansın. Çünki hazırda ABŞ Prezidenti Donald Trampın təklif etdiyi bir sülh planı və həmin planla əslində Rusiya bu plan sərf edir. Çalışacaqlar ki, Ukrayna həmin planın şərtlərini qəbul etsin və həmin planın şərtlərini qəbul etdirilməsi üçün də Rusiya maksimum dərəcədə cəbhə xəttində vəziyyəti gərginləşməklə məşğul olacaq. Müharibə bölgəsində vəziyyəti gərginləşdirməyə məşğul olacaq və Xarkov bölgəsində xüsusilə şərq istiqamətində addımlar atacaq”.

 

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər