00:00:00
Yazar
Admin User
29.11.2025 04:31 109 1 dəq oxuma
Dünya

Rusiyanın Krasnodar diyarında neft emalı zavoduna dron hücumu nəticəsində yanğın baş verib

Rusiyanın Krasnodar diyarında neft emalı zavoduna dron hücumu nəticəsində yanğın baş verib

Rusiya Federasiyasının Krasnodar diyarının Seversk rayonunda pilotsuz uçuş aparatlarının hücumu nəticəsində "Afipsk" neft emalı zavodunun (NEZ) ərazisində yanğın başlayıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə regionun operativ qərargahı "Telegram" kanalında məlumat yayıb.

 

"Zavodun ərazisindəki texniki avadanlığın bir hissəsi zədələnib, anbarlar isə zərər görməyib", - məlumatda qeyd olunub.

 

"Yanğının sahəsi təxminən 100 kvadrat metr təşkil edib. İlkin məlumata görə, xəsarət alan yoxdur, zavodun əməkdaşları sığınacaqda yerləşdirilib", - operativ qərargah əlavə edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər