Rusiyanın ən böyük neft emalı zavodu fəaliyyətini dayandırıb
Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) hücumu Rusiyanın ən böyük neft emalı zavodu olan Omsk Neft Emalı Zavodunun (NEZ) fəaliyyətinin dayanmasına səbəb olub.
"İnformator.az"bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.
Agentliyin mənbələrinin məlumatına görə, PUA zərbələri nəticəsində müəssisənin neftin ilkin emalı qurğu zədələnib. Bu obyekt zavodun ümumi istehsal gücünün təxminən 38%-ni təmin edir və onun sutkalıq məhsuldarlığı 24.5 min tondan çoxdur.
"Reuters"in həmsöhbətləri dəqiqləşdiriblər ki, hücum səbəbindən zavodun istehsal gücünün 37%-ni təmin edən digər qurğunun da fəaliyyəti dayandırılmalı olub. Qurğunun özü birbaşa zərbədən zərər görməsə də, qəlpələr və ya partlayış dalğası onun işləməsi üçün zəruri olan şəbəkə bağlantılarını sıradan çıxarıb.
Artıq Omsk NEZ Sankt-Peterburq Beynəlxalq Əmtəə-Xammal Birjasında benzin və dizel yanacağının satışını tamamilə dayandırıb.