Rusiyanın ən hündür vulkanı püskürdü
Rusiyanın ən hündür vulkanı olan Klyuçev sopkası püskürüb.
İnformator.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Klyuçev sopkası vulkanından 10 000 m hündürlüyə qədər kül atılması qeydə alınıb:
"Kül cənub istiqamətində yayılır. Nəticədə Milkovski rayonunun 2 kəndində vulkan külü qeydə alınıb".
