“Rusiyanın özünün daxilində və xarici siyasətin kifayət qədər gərginlik vardır”
Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Putin yeni sanksiyaların tətbiqini gecikdirmək üçün ABŞ-nin keçmiş prezidenti Donald Trampı aldatmağa çalışır. O, Alyaska görüşünün Putinə üstünlüklər verdiyini vurğulayıb və əgər üçtərəfli görüş baş tutsaydı, nəticələrin fərqli ola biləcəyini deyib.
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, əslində cənab Zelenskinin dediklərində həqiqət var:
“Həqiqət bundan ibarətdir ki, Baydenin hakimiyyəti vaxtı ABŞ-nin Rusiya Ukrayna müharibəsinə ən xüsusi Ukraynaya münasibəti başqa cürdür. Respublikaçı Tramp ikinci dəfə hakimiyyətə gələndən sonra, yəni ABŞ-nin 47-ci prezidenti seçiləndən sonra ABŞ-Ukrayna münasibətləri xüsusilə ABŞ-nin Rusiya Ukrayna müharibəsinə münasibəti başqadır. Cənab Trampın əsas məqsədi, belə deyək ABŞ-ni yenidən dünyanın iqtisadi, siyasi, hərbi güc mərkəzinə çevirmək və iqtisadi gücünü artırmaqla rüsumlar sistemini tətbiq etməkdən ibarətdir. ABŞ-nin külli miqdarda borclarını ödəməkdən ibarətdir. Bununla əlaqədar ABŞ Rusiya-Ukrayna müharibəsinə başqa cür yanaşır. Buna Putinin Trampı aldatmaq mövzusu kimi baxmaq lazım deyil. Rusiya-Ukrayna ABŞ danışıqları fonunda cənab Tramp əl xüsusi Rus-ABŞ münasibətlərinə diqqət yetirir. Belə ki, cənab Trampın Alyaskaya dəvəti beynəlxalq ictimaiyyətə bunu çatdırmaq istəyir ki, ABŞ-dən ötəri Beynəlxalq Haqqa Məhkəməsinin İnsan Haqları Məhkəməsinin Putinə qarşı tətbiq etdiyi sanksiya ABŞ-dən ötəri sıfıra bərabərdir. Həmçinin bundan öncə bildiyiniz kimi İsrailin baş naziri haqqında belə bir bəyanat veribki, ABŞ rəsmiləri, yəni Beynəlxalq Haqqa Məhkəməsinin İsrailin baş naziri haqqında verdiyi bu sanksiyanın ümumiyyətlə ABŞ-dən ötəro heç bir əhəmiyyəti yoxdur. Hətta ABŞ rəsmiləri dövlət katibi səviyyəsinin makrubi seviyyəsində bu beynəlxalq insan haqları məhkəməsini təhdid edib. Gəlirik bu ABŞ-Rusiya-Ukrayna münasibətlərinə bu məsələdə önəmli olan Rusiya-ABŞ münasibətləridir. Artıq Rusiya-ABŞ münasibətlərində yeni bir səhifə açıb. Digər tərəfdən dəAlyaska görüşündə tərəflər uzaq və orta məsafəli ballistik raketlərdən istifadə ilə əlaqədar iki dövlət arasında əvvəllər bağlanmış müqavilənin artırılması haqqında müəyyən bir razılığa gəliblər. Belə ki, bildiyiniz kimi, həmin müqavilənin vaxtı təqribən 2026-cı ilin fevral ayında bitir və 2022-ci ildə Rusiya Ukrayna müharibəsindən sonra Rusiya birtərəfli qaydada bu müqavilədən geri çəkilib. Bu gün ABŞ istəyir ki, bu müqavilə yenidən qüvvəyə minsin".
Həmçinin şərhçi qeyd edib ki, ABŞ şirkətləri rossinə məxsus Avropada iki dənə neftqayırma zavodunu almaq istəyirlər və bununla əlaqədar danışıqlar gedir:
“Hətta Şimal axını Baltik dənizinin altından Almaniyaya gedən partladılmış bu qaz kəmərinin bərpası və onların istismarı ilə əlaqədar Rusiyanın ABŞ arasında danışıqlar gedir. Görsənən odur ki, ABŞ-Rusiya münasibətləri fonunda ABŞ-dən ötəri bu Ukrayna münasibətləri elə də önəmli deyil. Qaldı ki, müttəfiqləri məsələsi, əlbəttə ki, həmişə ABŞ çoxluğa tabe olur. Bu günə nəzərə alsaq ki, Vaşinqton görüşündən sonra Avropa İttifaqına daxil olan NATO liderləri də ABŞ - yə səfər ediblər. Bu fonda Fransanın, Böyük Britaniyanın və Almaniyanın rəhbərlərinin siyasi aktivliyi göz önündə idi. Əlbəttə ki, onlar ABŞ-dən Rusiyaya qarşı sanksiyalar tələb edirlər. Buna da alternativ olaraq ABŞ prezidenti həmin liderlərdən Avropadan ildə təqribən 100 milyard avrodan çox Rusiyadan alınan neft qazdan imtina etməyi tələb ediblər. Yəqin ki, Avropa liderləri buna getmirlər. Hətta belə deyək də, Rusiyaya qarşı 19-cu paketi ayın 151i qəbul edilməlidir. Sentyabrın Bu qəbul olunmayıb, müəyyən bir vaxta qədər təxirə salınıb. Ona görə də belə Rusiya-Ukrayna müharibəsi davam edir. Rusiyanın hələ ki, maliyyə imkanları bu müharibəni davam etdirməyə imkan verir. Ancaq Rusiyanın özünün daxilində və xarici siyasətin kifayət qədər gərginlik vardır. Yəni belə getsə, doğrudan da ABŞ sanksiyalar və Avropa İttifaqı 19-cu paket qəbul etsə, əlbəttə ki, Rusiyanın vəziyyəti acınacaqlı olacaqdır”.
Aysu Abbasova