Rusiyanın Pokrovskla bağlı iddiası təkzib edilib
Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhərində hərbi əməliyyatlar davam edir, Rusiya tərəfinin şəhərin tam ələ keçirilməsi ilə bağlı məlumatı həqiqətə uyğun deyil.
"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq Əməliyyat Komandanlığı məlumat yayıb.
Bildirilib ki, Rusiya hərbçiləri təbliğat məqsədilə Pokrovskda “bayraq qaldırma əməliyyatı” təşkil ediblər.
Rusiya KİV bundan əvvəl hərbi komandalığın Prezident Vladimir Putinə Pokrovsk və Vovçansk şəhərlərinin ələ keçirilməsi barədə məruzə etdiyini yazmışdı. Kremlin sözçüsü Dmitri Peskovun iddiasına görə, Vladimir Putin Birləşmiş Qüvvələr Qrupunun komanda məntəqəsinə baş çəkib, orada Pokrovsk və Vovçanskın ələ keçirilməsi barədə məlumat alıb.