00:00:00
Yazar
Admin User
24.06.2025 15:39 139 1 dəq oxuma
Dünya

Rusiyanın raket zərbəsi nəticəsində ölənlərin sayı 15-ə çatıb, 174 nəfər yaralanıb

Rusiyanın raket zərbəsi nəticəsində ölənlərin sayı 15-ə çatıb, 174 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələrinin Dneprpetrovsk vilayətinə (Ukrayna) endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

 

''İnformator.az'' Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu Dneprpetrovsk vilayəti Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak bildirib.

 

"Dneprdə ölənlərin sayı 15-ə çatıb. Təəssüf ki, 174 nəfər yaralanıb. Həkimlər bütün lazımi tibbi yardımı göstərirlər", - o vurğulayıb.

 

Dnepr meri Boris Filatov iyunun 25-ni matəm günü elan edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər