Rusiyanın Rumıniyadakı səfiri XİN-ə çağırılıb
Rusiyanın Buxarestdəki səfiri Vladimir Lipayev sentyabrın 13-də pilotsuz uçuş aparatının ölkənin hava sərhədlərini pozması ilə bağlı Xarici İşlər Nazirliyinə çağırılıb.
Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli “İnformator.az”a açıqlamasında bildirib ki, hələlik ciddi bir uçuş aparatı sərhədi keçib:
“Buna görə təbii ki, NATO, Rusiya ilə müharibə edən deyil, protes veriləcək və bununlada məsələ bitəcək. Eynən də NATO-da bu məsələdə sözlü etirazını edəcək, çünki elə bil bu, hələ böyük bir hadisə deyil ki, buna görə NATO Rusiya ilə müharibə etsin. Bu ancaq ciddi qarşıdurma, ancaq hansısa ciddi bir hadisə də baş verə bilər. Rusiya dünyada ən çox zirvə başçılığı olan ölkədir və buda öz sözünü deyir. Buna görə də Rusiya heç kəsə görə müharibə edən ölkə deyil, nə Ukraynaya görə, nə Rumıniyaya, nə də başqa ölkəyə görə. Rusiya Fransanın, Almaniyanın ərazisini vurmayıb ki, Rumıniyanı vurub. Rusiyada, Almaniya, Fransa əsas da Trampın dövründəki Amerika Rumıniya ilə müharibə etməyəcək. Bir-birinə etiraz notları verəcəklər. Bununla daməsələ bitəcək. Avropa İttifaqı heç o da etiraz edəcək. Avropa İttifaqı neyləyə bilər ki Rusiyaya? Avropa İttifaqı hərbi qurum deyil ki, Avropa İttifaqı özü Amerikadan asılıdır. Amerikanın müdafiəsindən asılı bir qurumdur. Amerika nə edəcəksə olarda onu edəcək. Daha çoxunu istəsələr belə edə bilməzlər. Çünki gücləri yetməz. İndi təzədən güclənsələr, bəlkə ondan sonra Rusiya ilə daha cəsarətli dildə danışarlar, həm də Avropa İttifaqının indi həmin liderləri yoxdur. Vaxtilə bu liderlər Britaniyanın, Fransanın, Almaniyanın başında duran insanlardır, yəni qərbin dişli liderləridir. Belə siyasətçilərlə Putinin qarşısında heç nə edə bilməzlər”.
Aytac İbrahimova