00:00:00
Yazar
Admin User
28.10.2025 18:38 99 3 dəq oxuma
Siyasət

“Rusiyanın siyasəti yalnız müəyyən ərazilərin işğalı ilə məhdudlaşmır”

“Rusiyanın siyasəti yalnız müəyyən ərazilərin işğalı ilə məhdudlaşmır”

Rusiyanın Ukrayna ilə bağlı “çirkli bomba” bəyanatı beynəlxalq arenada yeni gərginlik yaradıb. Kremlin bu açıqlamaları təkcə hərbi üstünlük üçün deyil, həm də siyasi-psixoloji mesaj daşıyır və Moskvanın regiondakı təsirini gücləndirmək cəhdini əks etdirir.

 

Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib, Rusiya Ukraynanı çirkli bomba istifadə etməkdə ittiham edərək beynəlxalq ictimaiyyətin diqqətini öz üzərindən Ukrayna üzərinə çəkir:

 

“Bu Moskvanın işğal siyasətini daha asan, minimal müqavimətlə həyata keçirmək üçün taktiki bir addımdır. Lakin Ukraynanın beynəlxalq nüfuzu və məzlum statusu bu bəyanatlardan zərər görmür. Tarixi təcrübə göstərir ki, 2014-cü ildən bəri Moskva ardıcıl olaraq Krım, Donbas, Lugansk, Zaporuca və Xerson bölgələrinə nəzarət edib. Bu nümunələr göstərir ki, Rusiyanın siyasəti yalnız müəyyən ərazilərin işğalı ilə məhdudlaşmır. Əslində uzunmüddətli strateji üstünlük, Ukraynanın siyasi və strateji idarəsini tam nəzarət altına almaq məqsədi güdür. “Burevestnik” və digər yüksək texnologiyalı silah məsələsi Qərb, xüsusilə ABŞ üçün psixoloji mesaj rolunu oynayır. Rusiya da müasir silahlarla təchiz olunub və lazım gəlsə onları istifadə etməyə hazırdır. Hazırda Ukraynadakı ordusu üçün belə silahların istifadəsinə ehtiyac yoxdur. Bunlar daha çox hədəfli təzyiq vasitəsidir. Diplomatik kanallar demək olar ki, işlək vəziyyətdə deyil, buna görə belə bəyanatların diplomatik proseslərə təsiri minimaldır. Amma bu tərəflərin mövqelərinə və beynəlxalq ictimaiyyətin diqqətinə təsir edir. Nüvə və ya radioaktiv materialların iştirakı şübhəsi beynəlxalq hüquq və monitorinq mexanizmlərini işə sala bilər. Əgər belə iddialar daha ciddi sübutlarla müşayiət olunarsa, BMT, IAEA və digər beynəlxalq qurumlar məsələyə müdaxilə edə bilər. Lakin indiyə qədər bu bəyanatlar əsasən informativ və propaganda xarakteri daşıyır. Moskva üçün məqsəd beynəlxalq diqqəti yayındırmaqdır”.

 

Ekspert həmçinin qeyd edir ki, Kremlin açıqlamaları Avropada təhlükəsizlik müzakirələrini intensivləşdirir:


“NATO və Avropa ölkələrini müdafiə planlarını gözdən keçirməyə məcbur edir və Qərb mövqeyinin sərtləşməsinə səbəb olur. Ən pis ssenari silahların istifadəsi və ya radioloji hadisə baş verməsi Ukraynanın artıq zədələnmiş infrastrukturuna ciddi ziyan vuracaq, milyonlarla insanın təhlükəsizliyini riskə atacaq. Humanitar və geosiyasi fəsadlar regionda stabilliyi əhəmiyyətli dərəcədə poza bilər. Hazırda isə bu bəyanatlar əsasən psixoloji və siyasi təzyiq vasitəsidir, real hərbi əməliyyatla müşayiət olunmur. Kremlin bu bəyanatları həm daxili auditoriya üçün legitimliyi möhkəmləndirmək, həm də xarici siyasətdə manevr kabiliyyətini artırmaq üçün istifadə edir. Qərb və Ukrayna isə bu siqnalları ciddi qəbul edir, lakin yalnız sahə dəlilləri və beynəlxalq monitorinq əsasında qiymətləndirir. Bu tip bəyanatlar diplomatik proseslərdə tərəflərin mövqelərini sərtləşdirir, strateji hesablamaları və təhlükəsizlik planlarını yenidən gözdən keçirməyə səbəb olur. Bununla Kremlin əsas məqsədi həm daxili, həm də xarici siyasətdə üstünlük əldə etməkdir, diplomatlar və analitiklər isə hər addımı diqqətlə izləyir və qiymətləndirir”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər