00:00:00
Yazar
Admin User
10.11.2025 17:26 137 1 dəq oxuma
Dünya

Rusiyanın Ukraynada məntəqələri vurması nəticəsində ölənlər var

Rusiyanın Ukraynada məntəqələri vurması nəticəsində ölənlər var

Rusiyanın Ukraynada energetika və yaşayış məntəqələrini vurması nəticəsində 6 nəfər ölüb.

 

Rusiyanın bir gecədə Ukraynanın enerji infrastrukturuna və yaşayış məntəqələrinə yüzlərlə raket və dron hücumu nəticəsində ən azı 6 nəfər həlak olub. Dnepr şəhərində yaşayış binasına hücum nəticəsində 2 nəfər ölüb, 12 nəfər yaralanıb, Zaporojjyada isə 3 nəfər ölüb. Ümumilikdə, paytaxt Kiyev də daxil olmaqla, Ukrayna üzrə 25 məntəqə vurulub, bir çox ərazilər işıqsız və istiliksiz qalıb. Baş nazir Yuliya Svırıdenko Telegram-da Poltava, Xarkov və Kiyev vilayətlərində iri enerji obyektlərinin zədələndiyini, elektrik enerjisinin bərpası üçün işlərin aparıldığını bildirib. Rusiyada Müdafiə Nazirliyi qüvvələrinin bir gecədə 79 Ukrayna pilotsuz təyyarəsini vurduğunu bildirib.

 

Gülnar Mustafayeva

BBC News

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər