00:00:00
Yazar
Admin User
30.06.2025 18:27 140 1 dəq oxuma
Dünya

Rusiyanın xarici borcu 317,5 milyard dollara yüksəlib

Rusiyanın xarici borcu 317,5 milyard dollara yüksəlib

 

Rusiyanın xarici borcu ilin birinci rübündə 26,7 milyard dollar artaraq aprelin 1-nə 317,5 milyard dollara çatıb.

Rusiya Mərkəzi Bankından verilən yazılı açıqlamada ölkənin xarici borcunun son durumu ilə bağlı məlumatlar yer alıb.

 

Rusiyanın xarici borcunun birinci rübdə artdığına dair məlumatların yer aldığı açıqlamada, "Rusiyanın xarici borcu ilin birinci rübündə 26,7 milyard dollar artaraq, 1 aprel 2025-ci il tarixinə cəmi 317,5 milyard dollara çatıb" ifadəsi işlədilib. 

 

Açıqlamada artımın əsas səbəbi kimi rublun bahalaşması nəticəsində borcun dollar ifadəsində artması göstərilib.

 

TRT XƏBƏR

Fatimə Şahverdiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər