00:00:00
Yazar
Admin User
09.04.2025 18:04 170 1 dəq oxuma
Dünya

Rusiyanın xarici işlər naziri Lavrov Antalyaya gəlir

Rusiyanın xarici işlər naziri Lavrov Antalyaya gəlir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatiya Forumunda iştirak etmək üçün şənbə günü Türkiyəyə gələcək. Forum aprelin 11-13-də keçiriləcək. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova xarici işlər naziri Sergey Lavrovun 11-13 aprel tarixlərində Türkiyənin ev sahibliyi edəcəyi Antalya Diplomatiya Forumunda (ADF) iştirak edəcəyini açıqlayıb.

 

 

Zaxarova paytaxt Moskvada keçirdiyi həftəlik mətbuat konfransında nazir Lavrovun proqramı haqqında məlumat paylaşıb.

Lavrovun Türkiyəyə səfər edəcəyini qeyd edən Zaxarova:

“Lavrov Türkiyə xarici işlər nazirinin dəvəti ilə Antalya Diplomatiya Forumunda iştirak etmək üçün aprelin 12-də Türkiyəyə səfər edəcək” , - deyib. 

Zaxarova Lavrovun forumda çıxış edəcəyi və xarici həmkarları ilə ikitərəfli görüşlər keçirəcəyi ilə bağlı məlumatı paylaşaraq, "İkitərəfli görüşlərdə Yaxın Şərq, Şimali Afrika, Cənubi Qafqaz, Qara dəniz regionunda vəziyyət və bəzi dövlətlərlə münasibətlərlə bağlı aktual məsələlərin müzakirəsi gözlənilir" , - deyib.

Dördüncü Antalya Diplomatiya Forumu (ADF2025) Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi və Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə 11-13 aprel tarixlərində Belek Turizm Mərkəzindəki NEST Konqres Mərkəzində keçiriləcək.

 

Mənbə:A Haber
Çimnaz Telmanqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər