00:00:00
Yazar
Admin User
03.11.2023 18:06 450 1 dəq oxuma
Dünya

Rusiyaya qarşı hücum təxribatları çıxılmaz mövqedədir

Rusiyaya qarşı hücum təxribatları çıxılmaz mövqedədir

Üst rütbə Ukrayna generalı bu həftə yayımlanan müsahibəsində, Ukraynanın rus hərbi qüvvələrinə qarşı mövqesinin çıxılmaz vəziyyətdə olduğunu bildirib.

 

Burada əsas önəmli olan məsələ odur ki, hazırki qiymətləndirmə ABŞ və Ukrayna rəsmilərinin təklif etdiyi əks-hücum əməliyyatına dair keçmiş ictimai qiymətləndirmələrdən fərqlənir.

 

Bu, Amerika cəmiyyəti arasında Ukraynanın müharibə siyasətinə dəstəyin azalması və Bayden tərəfdarlarının Kiyevə yardımın davam etdirilməsi ilə bağlı bəzi konqres Respublikaçılarıyla ziddiyyət olduğu dövrdə baş verir.

 

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı çərşənbə günü yayımlanan müsahibəsində qeyd edib: “Böyük ehtimal dərin və ürəkaçan irəliləyiş olmayacaq”.

 

Zalujnı’nin hücuma qarşı olan dəyərləndirməsi, Ukraynalı və ABŞ rəsmilərinin daha öncəki qiymətləndirmələriylə uzlaşmır.


Əli Məmmədli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər