00:00:00
Yazar
Admin User
22.10.2025 12:42 125 2 dəq oxuma
Siyasət

“Rusiyaya qarşı sərt addımların atılmasında hələki maraqlı deyil”

“Rusiyaya qarşı sərt addımların atılmasında hələki maraqlı deyil”

Amerika Birləşmiş Ştatları hazırda Ukraynaya dəstək üçün Rusiyanın dondurulmuş aktivlərinin istifadəsini genişləndirmək üzrə Avropa İttifaqının planına qoşulmağa isti baxmır.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Vladimir Putin və Donald Trampın arasında keçirilən görüşdən sonra ABŞ-nin Ukrayna məsələsində Rusiya üçün fərqli mövqeyinin şahidi oluruq:

 

"ABŞ və Rusiya münasibətlərində sanki yenidən yumşalma var. Görünür ki, Putin Trampla telefon danışığı zamanı müəyyən məsələlərdə Ağ Ev rəhbərini razı sala bilib və buna görə də yenidən həmin məsələlərdə ABŞ müəyyən qədər yumuşalama sərgiləyir. "Tamavarq" raketlərinin Ukraynaya verilməsi ilə bağlı ABŞ əvvəlcədən səsləndirilən fikirlərdən imtina edilməsi eyni zamanda bir neçə məsələnin hansı ki, Rusiyaya qarşı sanksiyalar tətbiq ediləcək idi. Bu sanksiyalardan imtina edilməsi məsələsinin gündəmə gətirilməsi faktdır. Bir daha onu göstərir ki, ABŞ bu proseslərdə, yəni Rusiyaya qarşı sərt addımların atılmasında hələki maraqlı deyil. Avropa İttifaqının da Rusiyaya qarşı bu cür addımlar atmasına mane olmağa çalışır və eyni zamanda təkcə Rusiyanın vəsaitlərindən Ukraynanın xeyrinə xərcləməsi məsələsini yox, həmçinin Avropa İttifaqının Rusiyaya qarşı sanksiya tətbiq etməsinin də ABŞ əleyhinə çıxış edir və buna mane olmağa çalışır. Yəni bu kifayət qədər Rusiyaya qarşı müsbət addımlardır və bu ritorika, yəqin ki, bir müddət də davam edəcək. Əgər Rusiya ikitərəfli münasibətlər müstəvisində ABŞ-nin istədiyini verərsə, düşünürəm ki, bu məsələlərdə ABŞ Rusiyaya yardım göstərəcək. Sanksiyaların tətbiq edilməməsi və eyni zamanda Ukraynadakı müharibədə onun istədiyi nəticəni əldə etməsi üçün əlindən gələn imkanları səfərbər edəcək. Əks halda biz yenidən ABŞ-nin Rusiyaya qarşı təzyiqlərinin şahidi olacayıq”.


Günel Əlili

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər