00:00:00
Yazar
Admin User
15.10.2025 18:04 109 1 dəq oxuma
Dünya

“Rusları çox ciddi qəbul etməyin”

“Rusları çox ciddi qəbul etməyin”

 

NATO-nun baş katibi Mark Rutte, hər kəsin alyansın hərbi gücünə güvənməsi lazım olduğunu ifadə edərək, "Ən yaxşı texnikaya sahibik və bunu 50-60 ildir edirik. Rusları çox ciddi qəbul etməyin",-deyib.

Rutte NATO-nun mənzil-qərargahında keçirilən müdafiə nazirlərinin toplantısından sonra mətbuata açıqlama verib. O, NATO-nun bir müdafiə ittifaqı olduğunu, lakin heç kimin səhv etməməli olduğunu vurğulayaraq, “1 milyard insanımızın və ərazimizin təhlükəsizliyini qorumaq üçün nə lazımdırsa, etməyə hazırıq",-deyib.Rutte, NATO müttəfiqlərinin hava məkanının pozulması ilə bağlı insidentlərlə bağlı suala cavab olaraq, "Sözügedən pozuntular təhlükə yaratmadığı müddətcə, məsələn, bir təyyarəni vurmayacağıq. Eyni zamanda, komandalarımızın belə bir təyyarənin təhlükəyə çevrilməsinin qarşısını almaq imkanları çox tezdir",-deyib.

Rutte, NATO müdafiə nazirlərinin "Ukraynaya dəstəyi artırmağa razı olduqlarını" ifadə edərək, "Ukraynanın təhlükəsizliyi bizim təhlükəsizliyimizlə bağlıdır",-deyib. Bir çox müttəfiqin bu gün Ukraynaya dəstəyini artıracaqlarını açıqladığını bildirən Rutte, ABŞ-nin liderliyində müharibənin sona çatması və davamlı sülhün əldə edilməsini də dəstəklədiklərini bildirib. Ukraynanın ehtiyac duyduğu müdafiə avadanlığının bir hissəsini yalnız ABŞ-nin təmin edə biləcəyinə işarə edən Rutte, ABŞ-nin bu cür ixtisaslaşan dəstəyi verəcəyini, lakin xərclərin müttəfiqlərinin qarşılanacağını qeyd edib.

 

TRT Xəbər
Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər