Rutte: İranla yeni müharibə ABŞ-nin Ukraynaya dəstəyini azaltmayacaq
NATO-nun Baş katibi Mark Rutte inanır ki, İranla yeni müharibə başlayacağı təqdirdə ABŞ-nin Ukraynaya silah tədarükü zərər görməyəcək.
"İnformator.az" "AZƏRTAC" a istinadən xəbər verir ki, o, bu barədə Ankarada keçirilən NATO sammitinin mətbuat konfransında bildirib.
İranla yeni müharibənin Amerikanın Ukraynaya silah tədarükünü pozub-pozmayacağı ilə bağlı suala cavab olaraq Rutte deyib:
“Xeyr, çünki ABŞ o qədər güclüdür ki, hər ikisini edə bilər”.