00:00:00
Yazar
Ayşən Səlimova
27.02.2026 20:00 22 1 dəq oxuma
Dünya Özəl

Sərhəddə alovlanan qarşıdurma regional balansı dəyişə bilər-ŞƏRH

Sərhəddə alovlanan qarşıdurma regional balansı dəyişə bilər-ŞƏRH

Pakistan və Əfqanıstan sərhədində hərbçilər arasında yenidən silahlı toqquşma olub. Bu barədə Əfqanıstan televiziya kanalı “Tolo News” məlumat yayıb. Məlumata görə, toqquşmalar sərhəd zonasında yerləşən Nangarhar, Nuristan, Kunar, Xost, Paktiya və Paktika əyalətlərində baş verib. İtkilər barədə məlumat verilmir. Qeyd edək ki, ötən gün Pakistan ordusu Əfqanıstan ərazisinə artilleriya zərbələri endirib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Pakistan-Əfqanıstan sərhədində toqquşmaların davam edəcəyi halda Əfqanıstandan daha çox Pakistanda sabitliyi poza bilər:

 

“Bu ehtimalı gücləndirən iki səbəb var. Birincisi, Pakistanda 40 milyondan artıq puştun var. Əfqanistanın Pakistana qarşı iddiası da həmin puştunların yaşadığı ərazilərlə bağlıdır. Puşunlar bölünmüş xalqlardan hesab olunur və bütövləşmək uğrunda mübarizə aparırlar. Hərbi əməliyyatların artaraq geniş miqyaslı müharibəyə çevriləcəyi halda Pakistanda vəziyyəti nəzarətdən çıxaracaq ikinci məqam bəluclarla bağlıdır. Puştunlar kimi bəluclar da bölünmüş xalqdır. Pakistanın ərazisinin 44 faizi bəluclara aiddir. Bəluclar müstəqillik və bütövləşmə uğrunda mübarizə aparırlar. Bu mənada Əfqanistana hərbi qarşıdurma geniş miqyaslı müharibəyə çevrilsə bəluclar da Pakistana qarşı çıxışları artıracaqlar. Proses bu istiqamətdə inkişaf edərsə İrandakı bəlucların daha da fəal çıxışlarına səbəb olacaq. Bütün bu proseslər Çinin “bir kəmər, bir yol” layihəsini də iflasa uğrada bilər”.

 

Nuray Əliyeva

#yeni #dəyişə #qarşıdurma #sərhəddə #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər