Sərnişin avtobusu minik avtomobili ilə toqquşub-2 nəfər xəsarət alıb
Paytaxtın Nizami rayonu,Mehdi Abbasov küçəsində yol-nəqliyyat hadisəsi baş verib.51 nömrəli sərnişin avtobusu bir neçə minik avtomobili ilə toqquşaraq yol kənarındakı hasara çırpılıb.
Nizami rayonun Mehdi Abbasov küçəsində sərnişin avtobusu minik avtomobili ilə toqquşaraq yaxınlıqda yerləşən binanın hasarına dəyib və ön hissəsi ciddi zədə alıb.
Şahidlərin sözlərinə görə,qəzaya səbəb 51 nömrəli avtobus sürücüsünün idarəetməni itirməsi olub.Nəticədə avtobus üç minik avtomobili ilə toqquşaraq hasara çırpılıb.
HADİSƏ ŞAHİDİ
Çəpərə dəyib bizim idarənin içinə daxil olmuşdu.Biz bunu idarənin pəncərəsindən gördük.Qəza zamanı sürücü öz huşunu itirmişdi amma ayağı qaz pedalında qalmışdı.Mən gördüyüm qədəriylə avtobusda heç bir adam yox idi,boş idi.
HADİSƏ ŞAHİDİ
Sürücünü nəqliyyatdan çıxartmaqda köməklik elədim.Əlləri,barmaqları yaralanmışdı,sıxılmışdı.Çıxartdıq,idarənin həyətində yardım elədik.Təcili tibbi yardıma məlumat verdik.
TƏBİB-dən bildirilib ki,Qəza nəticəsində xəsarət alan 2 nəfər kürək travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.Onların vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.
Səkinəbəyim Cəfərova,Emin Əhmədzadə AzTv Xəbər