00:00:00
Yazar
Admin User
17.10.2025 09:50 111 1 dəq oxuma
Dünya

Sülh bərqərar olub, “Tramp yolu” da açılacaq

Sülh bərqərar olub, “Tramp yolu” da açılacaq

“Ermənistan Cənubi Qafqazda sülh, sabitlik və rifahın qorunmasına tam sadiqdir”.

 

"İnformator.az" xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Robert Abisoqomonyan deyib.

 

Nazir müavini avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflandığını xatırladıb:

 

“Bu, regionumuzda sülhün bərqərar olmasından xəbər verir və ticarət, əməkdaşlıq və investisiyalar baxımından regiondakənar ölkələr üçün də yeni imkanlar açır.

 

 

Əminik ki, nəqliyyat yollarının tamamilə açılması regionun geniş tranzit və ticarət potensialını açacaq. TRIPP (və ya “Tramp yolu”) layihəsinin həyata keçirilməsi iqtisadi artım, dialoq və insanlar arasında təmaslar üçün stimul, daha geniş sabitlik və rifaha töhfə verəcək”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər